200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


14.03.2024  12:53 

Atasını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu





A+  A-

Atasını öldürməkdə təqsirləndirilən Pərvin Yusiflinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xəzərnews.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi keçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən təqsirləndirilən Pərvin Yusifli 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il iyulun 9-da paytaxtın Nizami rayonunda yerləşən evlərin birində 1968-ci il təvəllüdlü Yusifli Rəsul Xanmirzə oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Pərvin Yusifli aralarında yaranmış mübahisə zamanı atası Rəsul Yusiflini bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər 7013 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +