Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


31.07.2017  12:59 

Balakəndə bu ərazi 550 minə satışa çıxarıldı





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 29-u keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.
XəzərNews.az xəbər verir ki, hərraca ümumilikdə 159 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 64-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Şəki, Yevlax, Şirvan, Sabirabad və digər rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakının Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat, Balakən Əmlak Kompleksi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakən Əmlak Kompleksidir. 550 min manata təklif olunan müəssisənin torpaq sahəsi 90 min kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır. Bundan başqa Bakının Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat 542 min 500 manata, paytaxtın Nizami rayonunda olan "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 537 min 500 manata hərraca çıxarılıb.

Xəbər 1549 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +