AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh


12.03.2025  16:48 

“ASAN Xidmət”ə 1,1 milyonluq tədbir keçirəcək şirkət hansıdır?





A+  A-

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tədbirlərin təşkili xidmətləri ilə bağlı müsabiqənin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161) olub.

Qeyd edək ki, “İnnovasiyalar Mərkəzi” MMC tenderin qalibi olan şirkətə 1 milyon 119 min 300 manat 80 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, icraçı direktoru isə Sabit Məmmədovdur.

Onu da qeyd edək ki, ötən il Mədəniyyət Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi olan “Admedia.az” MMC Bakıda Beynəlxalq Kitab Sərgisini təşkil edib və bu zaman həyata keçirilməsi nəzərdə tutulan xidmətlərdən bəziləri icra olunmayıb./Yeniavaz.com



Xəbər 1843 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +