200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


11.12.2017  14:18 

“Qarabağ“dan mövsümün rekordu





A+  A-

Ağdamın "Qarabağ" klubu Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazanıb.
XəzərNews.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, IV turdan təxirə salınan səfər matçında "Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb. Belə ki, 6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidir.

Bunadək də rekord "Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.

Qeyd edək ki, bunadək Ağdam klubu X turda "Səbail”i 1:0, XI turda "Kəpəz”i 2:0, XII turda "Sumqayıt”ı 2:0, XIII turda "Zirə”ni 3:2, XIV turda "Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.

Xəbər 2003 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +