Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


15.05.2018  09:36 

Azərbaycanda islam kollecləri yaradılır





A+  A-

Hazırda Azərbaycanda yeddi İslam kollecinin fəaliyyətə başlaması üçün işlər aparılır.
XəzərNews.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-in sorğusuna cavab olaraq bildirilib.

Komitədən verilən məlumata görə, Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi və DQİDK-nin dövlət qeydiyyatına aldığı 10 İslam kolleci var ki, onlardan Şəki İslam Kolleci, Əliabad İslam Kolleci və Şəbnəm İslam Kolleci uzun illərdir ki, fəaliyyət göstərir:

"Onlar Qafqaz Müsəlmanları İdarəsinin idarəçiliyi və nəzarəti altında fəaliyyət göstərirlər. Bu üç kollec ötən ilədək İslam mədrəsəsi adı ilə fəaliyyət göstərib, 2017-ci ildən isə İslam kolleci kimi dövlət qeydiyyatına alınıblar".

Komitədən qeyd edilib ki, Şəki İslam Kollecinin əsas fəaliyyət istiqaməti hafizlər hazırlamaqdır. Kollec fəaliyyətə başladığı vaxtdan bugünədək təxminən 300 hafiz yetişdirib. Kollecdə hafizliklə yanaşı, dini biliklər, İslam tarixi, İslam əxlaqı, ərəb dili, kompüter və informasiya texnologiyaları fənləri tədris olunur:

"Əliabad İslam Kolleci Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşir. Bugünədək təxminən 150 məzunu olub. Şəbnəm İslam Kolleci Bakı şəhərindədir. Bu kollecdə qızlar təhsil alır. Kollecə respublikanın müxtəlif bölgələrindən fiziki qüsuru olan qızlar da cəlb edilir. Onlara dini fənlərlə yanaşı, Azərbaycan tarixi, Azərbaycan və ingilis dilləri, Azərbaycan coğrafiyası, informatika və digər dünyəvi fənlər tədris olunur, habelə müxtəlif əmək vərdişləri, o cümlədən toxuculuq, dərzilik və s. öyrədilir. Bugünədək bu dini təhsil ocağının yüzlərlə məzunu olub. Həmin kolleclərin məzunlarının bir qismi məscidlərdə və dini icmalarda müxtəlif vəzifələrdə çalışır".

Xəbər 3078 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +