İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


05.03.2021  17:12 

Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab





A+  A-

“Azərbaycan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının bu ilin 4 mart tarixində keçirilən Zirvə görüşündə çıxışı zamanı bölgədə sülh və sabitliyin təmin edilməsi üçün yaranan əməkdaşlıq imkanlarından, birbaşa bölgə ölkələrinin faydalana biləcəyi nəqliyyat layihələrinin həyata keçirilməsindən danışdığı halda, Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi və bunu bölgə üçün təhdid kimi qiymətləndirməsi rəsmi Yerevanın sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN nümayəndəsinin Azərbaycan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə çıxışı barədə söylədiklərinə dair şərhində bildirib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfinin hər zaman əməkdaşlıq və bölgənin tərəqqisi ilə bağlı mövqeyini pozucu şəkildə şərh edən Ermənistan tərəfinin hansı maraqlara xidmət etdiyi sual doğurur və ümumiyyətlə, bu, ölkənin hələ də nə istədiyini müəyyən etmədiyini göstərir.

“Ermənistan XİN nümayəndəsinə tövsiyəmiz ondan ibarətdir ki, şərh vermədən öncə öz hökumət rəhbərlərinin imzaladığı 10 noyabr tarixli bəyanatın mətni ilə tanış olsun, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrini oxusun, habelə istinad etdiyi beynəlxalq hüquq prinsiplərinin mahiyyətinin nədən ibarət olduğunu öyrənsin”, - deyə L. Abdullayeva qeyd edib.

Xəbər 3335 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +