İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


07.02.2021  17:21 

Pakistan Azərbaycana təşəkkür etdi





A+  A-

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Cammu və Kəşmir məsələsində İslamabadın mövqeyini dəstəklədiyi üçün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) təşəkkürünü bildirib.
XəzərNews.az xəbər verir ki, pakistanlı nazir bu məsələyə dair İƏT-in siyasi bəyanatını həmin bölgədə insan haqlarının pozulmasının qarşısını almaq və problemin sülh yolu ilə həllinə nail olmaq istiqamətində mühüm addım kimi qiymətləndirib. Qureyşi İƏT-in Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun səfirlər səviyyəsində keçirilən iclasına göndərdiyi videomesajda bildirib ki, Hindistan BMT-nin faktaraşdırıcı missiyası və İƏT İnsan Hüquqları Daimi Komissiyasının qətnamələrinə əməl etməlidir.

O, həmçinin İslam ölkələrinin münaqişənin sülh yolu ilə nizama salınmasına verdiyi dəstəyi xüsusi vurğulayıb. Nazir xatırladıb ki, ötən ilin noyabrında Niameydə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasında Cammu və Kəşmir probleminin həlli üçün şuraya xüsusi mandat verilib.

Pakistanlı nazir Kontakt Qrupunun üzvləri olan Azərbaycan, Niger, Səudiyyə Ərəbistanı və Türkiyəyə Cammu-Kəşmir probleminin həllində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Xəbər 2583 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +