İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


31.12.2020  12:10 

Hulusi Akar Bakıdadır





A+  A-

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dünən gecə Azərbaycana səfər edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Akarı Heydər Əliyev adına Hava Limanında Azərbaycan müdafiə naziri Zakir Həsənov qarşılayıb.

Hər iki nazir digər vəzifəli şəxslərlə birlikdə Ortaq Mərkəzdə xidmət edəcək türkiyəli hərbçilərlə görüşüblər.

H.Akar çıxış edərək bildirib ki. Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır: “Bunu hər kəs beyninə yazsın, heç kim unutmasın. Azərbaycan ordusu etməsi lazım olanı etdi. Azərbaycan əsgəri, Azərbaycanın azadlığı və müstəqilliyi, öz torpaqlarınızın yenidən azadlığa qovuşması üçün həqiqətən iman dolu sinənizi sipər etdin.

Azərbaycan müdafiə naziri Zakir Həsənov çıxış edərək “Qardaşlarımızı bu gün burada görməkdən çox xoşbəxtəm” deyib: “Türkiyə həmişə bizim yanımızda olub. Türkiyənin Prezidenti, müdafiə naziri və digər vəzifəliləri hər zaman Azərbaycana dəstək olublar. Türkiyəyə böyük dəstəyinə görə bir daha təşəkkür edirəm”.

Z.Həsənov qeyd edib ki, Hulusi Akarın bundan öncəki səfəri zamanı azərbaycanlı tankçı Valeh Məmiyevin onunla şəkil çəkdirdiyini xatırladıb və bildirib ki, həmin tankçı Vətən Müharibəsində şəhid olduqdan sonra cibindən nazir Hulusi Akarla olan şəkli çıxıb.

***

Daha sonra Hulusi Akar Türkiyə-Azərbaycan qardaşlığını ifadə edən sərgi ilə tanış olub.

Xəbər 1973 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +