İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


15.10.2019  12:08 

XİN onların adını “qara siyahı”dan çıxardı





A+  A-

İsveçrə Konfederasiyasında fəaliyyət göstərən “Kuhner Fondu” Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edərək, bu Fondun rəhbəri Laura Kuhner (İsveçrə), eləcə də onun üzvlərinin Tim Bürgin (Almaniya) və Qifti Dvamena (İsveçrə) adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
XəzərNews.az-a daxil olan məlumata görə, məktubda “Kuhner Fondu” Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib. Həmçinin müraciətdə, Fondun üzvləri etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilib.

“Kuhner Fondu”nun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və bu Fondun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Xəbər 2149 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +