İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


01.08.2019  09:24 

Müsavat partiyası qurultay tarixini AÇIQLADI





A+  A-

“Müsavat demokratik partiyadır. Burada hər kəs gördüyü nöqsanı, nöqsan hesab etdiyi məqamı diqqətə çatdırıb, onun izahatını tələb edə bilər”.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-a Müsavat Partiyasının üzvləri arasında müşahidə olunan narazılıqlara münasibət bildirərkən Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı danışıb. O vurğulayıb ki, bu vəziyyətin “Müsavat” daxilində parçalanma kimi dəyərləndirilməsi düzgün deyil:

“Elə hazırkı vəziyyət də partiyada demokratiya olmasının bariz nümunəsidir. Ayrı-ayrı şəxslərin üzvlər arasındakı polemikalardan başqa cür nəticə çıxarmağına ehtiyac yoxdur”.

Müsavat-ın gözlənilən qurultayının taleyi ilə bağlı isə G. Aslanlı bunları deyib:

“Ötən məclisdə qurultayın keçirilməsi haqqında məsələ qaldırıldı. Qurultayın sentyabrın sonu, oktyabrın əvvəllərində keçirilməsi haqqında təklif verildi, qəbul olundu. Dəqiq tarixin müəyyənləşdirilməsi “divan”a həvalə olundu. Bu məsələ “divan”da müzakirə olunub, müvafiq qərar veriləcək”.

Aparat rəhbəri əlavə edib ki, keçiriləcək qurultayda Müsavat Partiyasının başqanı postuna namizədlər də təqdim oluna bilər:

“Hələlik namizədlərin qeydə alınması proseduru başlamayıb. Qurultayın keçiriləcəyi gün dəqiqləşəndən sonra namizədlərin irəli sürülməsi məsələsinə “strart” veriləcək. Partiya başkanlığına hər bir müsavatçı namizədliyini irəli sürə bilər. Sadəcə olaraq, kimsə əvvəlcədən “namizədliyə namizəd” anlayışını ortaya atıb, “mən namizəd olmağa indidən namizədəm” deyirlər. Bu da təbiidir, qeyri-adi heç nə yoxdur. Partiyada bütün postlara, hər kəs namizədliyini verə bilər”.

Xəbər 2221 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +