Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


12.07.2022  15:13 

Diaspor Ukraynada azərbaycanlı qəhrəmanın evini təmir etdi - Foto





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Kiyev vilayəti İrpin şəhərinə səfəri zamanı 2014-cü ildə Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş İlqar Bağırovun həyat yoldaşı Tetyana Bağırovaya baş çəkib.

XəzərNews.az xəbər verir ki, H.Cavadov bildirib ki, İrpin şəhəri atəşə tutularkən İlqar Bağırovun ziyan dəymiş mənzilinin təmirinə dəstək olublar:

“Təmir işləri artıq başa çatıb. Azərbaycanlılar üçün dəyərli olan mərhum kapitan İlqar Bağırovun ailəsinə dəstək olmaq bizim üçün şərəf məsələsidir. Biz həmişə onlara arxa duracaq, hərtərəfli yardım göstərəcəyik”.

Diaspor sədrinin sözlərinə görə şəhidin evinin təmiri UABD-nin İrpen şəhərindəki nümayəndəsi Akif Dadaşovun iştirakı ilə həyata keçirilmişdir.

UABD sədri həmçinin İrpin şəhərində müharibədən ziyan çəkmiş “Pçelka” uşaq bağçasının da təmirinə başlanacağını qeyd edib.

"Bu günlərdə Ukraynaya səfərim zamanı keçirilən görüşdə şəhər meri tərəfindən həmin bağçasının da bərpasına kömək göstərmələrinə dair müraciət olunmuşdu".

Xatırladaq ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlığa, hərbi anda sədaqətə görə İlqar Bağırov 2015-ci il, 11 yanvar tarixli qərarla ölümündən sonra 3-cü dərəcəli “Şücaətə görə” ordenilə təltif olunub.

Həmçinin İrpin İqtisad Kollecində 2015-ci ilin 23 dekabr tarixixndə İlqar Bağırovun şərəfinə xatirə lövhəsinin açılışı olub.











Xəbər 1740 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +