Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


15.07.2025  11:04 

İran Azərbaycanın daxilində hibrid mübarizəyə başlayır





A+  A-

İran Azərbaycanın daxilinə hücumu axşamdan başladı və bu hücumu hibrid hücum adlandırmaq olar. Uzun müddətdir müxalifətçilərə efir vermirdi. Axşam artıq iki müxalifətçinin sosial şəbəkələrdə paylaşdıqlarını göstərdi və Azərbaycanın daxilindəki iqtisadi parametrlərə yalnız tənqidi prizmadan münasibət bildirdi. Bəlli oldu ki, Azərbaycan kasıb Suriyaya kömək edirsə, yalnız pul itirəcək və pulu olmayan Türkiyə də Azərbaycanın pulunu Suriyaya xərclətdirəcək.

İranın Azərbaycana indiki qayıdışında iki parametr var:

1. Siyasi, geosiyasi, iqtisadi, maliyyə və blef resursu xərcləməsinə baxmayaraq İranın Ermənistandakı siyasəti daşa dəydi. Hətta İran dövlətçiliyini Ermənistana qurban verməyə hazır olduğunu nümayiş etdirməyə çalışdı. Sadəcə İran dövlətçiliyini qurbanlıq kimi Ermənistan qəbul etmədi.

2. Prezident İlham Əliyevin hakimiyyətə yeni gəldiyi illərdə Mahmud Əhmədnejatın Qərbin Azərbaycanda apardığı “məxməri inqilab”a dəstək verməsi idi. O zaman hətta İranın “Səhər” kanalında işləyən ekspert və jurnalistlərin əksəriyyəti indi də həmin redaksiyada işləyirlər. Gədəbəydə kənd məktəbinin tualetinin divarında yazılmış “İstefa” sözü ilə bağlı məlumat hazırladı və bu məlumatı İranın ali rəhbərinin ofisindən idarə olunan “Səhər” kanalı xəbər blokunda ali rəhbərin bəyanatından əvvəl yerləşdirdi.

İranda nəinki dövlətin başında oturanların, hətta onlardan daha aşağıda oturanların Azərbaycan dövlətçiliyinə nifrəti bizə bəllidir.

Təbii ki, o dövrdə Prezident İlham Əliyev yeni idi. Avropada “məxməri inqilab” dövrü başlamışdı, İran isə hesab etdi ki, Prezident İlham Əliyev təcrübəsizdir və onu devirmək, ram etmək çox asan olacaq. Göründüyü kimi Prezident İ.Əliyevin reallaşdırdığı layihələr bu gün artıq çox yeni coğrafiya yaradıb. İranda şübhə edirlər, ələ salmaq istəyirlər ki, Azərbaycan kiçik dövlətdir, beynəlxalq aləmdə bu qədər aktivlik nə üçün lazımdır?!.

Əlbəttə, bu mövzunun da yeri var. Söhbət ayrı şeydən gedir ki, əgər İran o zaman məğlub olubsa, indiki qədər sanksiyalar sərtləşməmişdi. Ən son İrana qarşı hücum olmamışdı. İndi artıq İran müharibəni uduzub. Əlbəttə, biz İsrailin qələbə çaldığı fikrindən daha uzağıq, İran məğlub olub. Bu məğlubiyyətin əhaliyə, İranın qonşularına necə təsir edəcəyi üçün bir müddət vaxt lazımdır. İndi İrana xırda dövlətlər hədə gələ bilərlər, öz ərazilərini tələb edə bilərlər. İranın indiki hökuməti yaratdığı güclü, hədəli, qorxulu İran imicini dağıtdılar.

İndi İranın Azərbaycana qarşı hücumunda iki istiqaməti bizim diqqətimizdədir:

1. Pis, yaxşı ermənilərlə münasibətdə olduğu dövrdə xüsusən son həftələrdə ermənilərin hesabına regionla bağlı İranın klişesi Avropanın ciddi mətbuatına çıxdı. “The Times, “Reuters” Ermənistanla bağlı çox pozitiv yazılar verirlər. Hətta “Reuters” İranın Cənubi Qafqazla bağlı klişesini olduğu kimi verdi. Türkiyədə bəzi ingilis dilli saytları da artıq bu prosesə qoşublar. Onların fikrincə, Türkiyədə yazılan hər şey Azərbaycanda daha həssas qəbul edilir. “Cənubi Qafqaz koridoru” yaratmağa cəhd etdilər. İran Azərbaycanın iştirakı olmadan Ermənistan və Gürcüstan Avropa marşrutu yaratmaq istədilər.

2. İran regionda özü üçün xeyli təhlükəli vəziyyət yaratdı. Yaxında Rusiya Qafqaz, Cənubi Qafqaz, İran üzrə aktivləşməlidir. Rusiyanın Azərbaycana təzyiqi bu kontekstdə Rusiyanın özünün maraqlarına zərbədir. Azərbaycanı zəiflədən Rusiya Qafqazda sabitlik görməyəcək. Azərbaycanla münasibətlərini əvvəlkin daha üstün səviyyəyə qaldırmaqla Rusiya İran ərazisində xeyli irəliləyə bilər. Yaranmış vəziyyətdə necə olduğunu cari vəziyyət üzrə müəyyənləçdirəcəyik.

Azərbaycanın diplomatları, siyasiləri, rəsmiləri yaranmış vəziyyətdə dəyişiklikləri doğru, düzgün qiymətləndirəcəklər. Azərbaycanın daxilində İranın hansısa qüvvəyə bel bağlaması, bütün bunların hamısı İranın səhvləri nəticəsində şil- küt ideyalardır. Hansı ideyaları qoyacağını da təxminən proqnozlaşdırırıq və bu ideyalara da bir az əvvəl atdığı addımlarla cavab veriləcək.

İran üçün yeganə mümkün variant Azərbaycanı rəsmən xilaskarı kimi qəbul etməlidir. Prezident İ.Əliyevin bacarığını olduğu kimi dəyərləndirilməlidir, bu bacarıqdan istifadə etməlidir. İran Gilan və bütün şimal regionları ilə Azərbaycan Respublikası ilə Azad İqtisadi Zona yaratmalıdır.

Kəskin qarşıdurma yolunu İran artıq seçib, geri çəkilməsə cavabını da çox sərt alacaq.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
Politoloq




Xəbər 807 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +