Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


23.05.2025  12:44 

Təhsil siyasətində maarifçi ideyalar - Görüş





A+  A-

Milli Azərbaycan Tarixi Muzeyində “Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” mövzusunda görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Gənc Tarix Müəllimləri Birliyinin təşkilatçılığı və Milli Azərbaycan Tarixi Muzeyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə Azərbaycanın maarifçilik tarixi və müasir təhsil yolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi və AGMA-nın sədri Pərvinə Qədimova maarifçiliyin təhsildəki əhəmiyyətindən danışıblar.



Millət vəkili Ceyhun Məmmədov çıxış edərək təhsil siyasətində maarifçi ideyaların davamlılığının vacibliyini vurğulayıb. Daha sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Nailə Hüseynova, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov və həmin muzeyin baş mütəxəssisi Qənirə Qafarlı çıxış edərək tarixi irsin müasir təhsildəki roluna dair elmi araşdırmalarını təqdim ediblər. Görüş çərçivəsində dinləyicilərlə interaktiv müzakirələr aparıləb və onların sualları cavablandırılıb.

Tədbirin sonunda iştirakçılar muzeydə ekskursiyada olublar.



Xəbər 614 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +