200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


09.05.2022  12:22 

“Jurnalistin boğazına bıçaq dirəyənə ağır cəza verilməlidir“





A+  A-

“Jurnalisti təhdid edənlərə, yaşadığı binaya qədər izləyib boğazına bıçaq dirəyənlərə, məhkəmələrdən yazı yazmamağı tələb edənlərə ən kəskin formada cavab verilməlidir”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli jurnalist Aytən Məmmədovaya hücumla bağlı danışarkən deyib.

O bildirib ki, cinayəti törədənlər tapılıb cəzalandırılmalıdır:

“A. Məmmədova peşəkar jurnalistdir, media sahəsində uzunmüddətli fəaliyyəti var. Məhkəmə prosesləri barədə informasiyalar, reportajlar hazırlayan jurnalistlər sırasında tanınmış imza sahiblərindəndir.
Bir peşəkar olaraq ixtisaslaşdığı sahənin prinsiplərini, həmçinin, təhlükəsizlik qaydalarını yaxşı bilir. Belə bir jurnalisti təhdid edənlərə, yaşadığı binaya qədər izləyib boğazına bıçaq dirəyənlərə, məhkəmələrdən yazı yazmamağı tələb edənlərə ən kəskin formada cavab verilməlidir. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) olaraq məsələni gündəmdə saxlamağa çalışacağıq.Daxili İşlər Nazirliyinin məsələyə operativ reaksiya verməsi təqdirəlayiq haldır. Bununla belə, məsələnin sona qədər təqib edilməsi, cinayəti törədənlərin mütləq tapılıb cəzalandırılması zəruridir”.

Xəbər 1667 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +