200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


10.12.2021  13:47 

“Bizim sıralarımızdakı rüşvətxorların adlarını çəkin!” - Gömrük sədri





A+  A-

“Əgər sahibkar istehsal və ticarətdə düzgün strategiya qurursa, dövlət strukturlarından şikayətlənməyə heç bir səbəb qalmır”.

XəzərNews.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Virtualaz.org-a müsahibəsində deyib.

Sədr bildirib ki, bəzən xırda və orta sahibkarlar bir anın içində iri biznesin sıralarına qatılmaq istəyirlər: “Dünyanın heç bir ölkəsində hökumətin təqdim etdiyi güzəştlər əbədi deyil. Vaxt gəlir və bütün bu güzəştlər ləğv olunur. Başa düşün, istənilən güzəşt və imtiyaz ünvanlı olmalı və müəyyən dövr üçün nəzərdə tutulmalıdır. Əks halda, sahibkarlar bu güzəştlərdə parazitlik edərək dövlətin daimi imtiyazlarına öyrəşəcəklər. Biznes həmişəlik dövlətin boynunda otura bilməz, əks halda bu, inkişafa yox, deqradasiyaya aparacaq. Mən iş adamları ilə bütün problemləri müzakirə etməyə hazıram. Təkrar edirəm, əgər iş adamı gömrük strukturlarında problemlə üzləşibsə, onları şəxsən dinləməyə və günahkarı cəzalandırmağa hazıram. Mənim qapılarım iş adamlarının hamısı üçün açıqdır”.

Səfər Mehdiyev bu il minlərlə iş adamını qəbul etdiklərini deyib: “Demirəm ki, biz ideal işləyirik. Əlbəttə, bizim də səhv və nöqsanlarımız olur. Ancaq onları dərhal düzəldirik. Milli qanunvericilikdə də çatışmazlıqlar var, onları ümumiləşdirmişik və yaxın zamanda parlamentin müzakirəsinə təqdim edəcəyik. Mən sizinlə yetərincə açıq danışıram və aramızda tabu qoyulmuş mövzu yoxdur. Mən hər bir sahibkarla da bu cür danışıram. Korrupsiya, rüşvətxorluq, çatışmazlıqlar, inhisarçılıq, lobbiçilik haqqında… Mən iş adamlarına müraciət edirəm: “Bizim sıralarımızdakı rüşvətxorların adlarını çəkin!””

Xəbər 1492 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +