200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.05.2021  12:54 

Cəbrayılda sərxoş halda dava salanlar saxlanıldı





A+  A-

Cəbrayıl rayonunda polis əməkdaşlarına tabesizlik göstərən 5 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, may ayının 23-ü gecə saat 12 radələrində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli kəndi ərazisindəki polis əməkdaşlarının xidməti postuna yaxınlaşan “Mitsubishi” və “Qazel” markalı avtomaşınlar prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədilə saxlanılıblar. Yoxlama aparılan zaman hər iki avtomobildə olan şəxslər arasında mübahisə yaranıb.

Postun fəaliyyətini qısa müddətdə pozan 5 nəfər saxlanılaraq Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilib. Müayinə zamanı həmin şəxslərin sərxoş olduğu müəyyən edilib. Onların hər biri barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Xəbər 2264 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +