200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.03.2020  14:06 

Deputat Prezidentin aztəminatlı ailələrə qayğısına belə dəstək verdi - FOTOLAR





A+  A-

Bu gün Milli Məclisin deputatı Madər Musayev Novruz bayramı ilə əlaqədar seçildiyi 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi ərazisində yaşayan 500-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, qaçqın və məcburi köçkünlərə, habelə imkansız ailələrə ərzaq məhsullarından ibarət bayram sovqatı hədiyyə edib.
XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi qayğıya dəstək məqsədilə təşkil olunan tədbir Binəqədi və Biləcəri qəsəbələri, habelə 9-cu mikrorayon ərazisində eyni vaxtda baş tutub. Paylanılan bayram sovqatı mal əti (2 kq), toyuq (1 ədəd), düyü (2 kq) və yağdan (0,5 kq) ibarət olub.

Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, M.Musayev 1988-ci ildən bu günədək hər il Novruz, Ramazan və Qurban bayramlarında 500-dən çox insana bayram sovqatı təqdim edir.








Xəbər 1371 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +