200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.03.2020  15:21 

Azərbaycanda koronavirusdan sağalmanı necə müəyyən edirlər?





A+  A-

“Sağalmış insanlar ardıcıl olaraq iki dəfə analiz verirlər, nəticə mənfi olarsa, evə buraxılırlar”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayev ötən gün İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində deyib. İnfeksionistin sözlərinə görə, xəstəlik adətən iki həftəyə kimi davam edir:

“Belə bir fikir var ki, virus sağalmış insanlarda 5 həftəyə kimi qala bilir. Ona görə də bu insanlar ətrafdakılar üçün təhlükə törədə bilər. Sağalmış insanları diqqətdə saxlamaq lazımdır. Çinin təcrübəsində müəyyən olunub ki, sağalmış şəxslərin ağciyəri zədələndiyi üçün ciyərlərdə fibroz adlandırdığımız xətlər qalır. Bu, tənəffüs sisteminə bir qədər mənfi təsir göstərə bilər. Ona görə də belə insanlara müxtəlif fizioterapevtik vasitələr, idman hərəkətləri ilə kömək göstərmək olar”.

Xəbər 1880 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +