200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


20.06.2017  10:37 

Döyüşdə medal alsa da, 2 ildir iş tapa bilmir - “İcra Hakimiyyətindən dedilər ki...”





A+  A-

Samux rayon sakini, 23 yaşlı İsbəndiyar Quliyev bir neçə il əvvəl cəbhədə baş verən döyüşdə iştirak edərək medal alsa da, 2 ilə yaxındır iş tapa bilmədiyindən şikayətçidir.
XəzərNews.az-a müraciət edən rayonun Qarbağlar kənd sakini İ.Quliyev deyib ki, 2014-cü il avqustun 1-dən 2-nə keçən gecəki döyüşlərdə iştirak edib: “Qrantaminyot və avtomatla döyüşmüşəm, düşmən əsgərlərini məhv etmişəm. Həm də yaralı əsgərlərimizi və şəhidlərimizi döyüş zonasından daşıyıb çıxarmışam. Buna görə də “Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü Dərəcəli” medal almışam. 2015-ci ilin yanvar ayında ordudan tərxis olmuşam, o vaxtdan bəri işsizəm. Döyüşlərdə qranat atdığım üçün sinir və eşitmə sistemim zədələnmişdi.

Əsgərlikdən gələndən sonra bir neçə ay müalicə olundum. Hazırda atam və anamla birgə yaşayıram. Atam ürəyindən müalicə oldunduğu üçün işləyə bilmir. İndi fəhləlik edib günə 7-8 manat qazanıram. Bununla da ailəmi dolandıra bilmirəm. İş üçün Samux rayon icra hakimiyyətinə müraciət etdim. Məni Məşğulluq Xidmətinə göndərdilər. Orda da mənə aylıq 135 manat maaşla dağda tarla sulamaq işi təklif edildi. Daxili İşlər Nazirliyinə müraciət etdim, boyum 174 santimetr olduğu üçün götürmədilər. Hara müraciət edirəmsə, iş tapa bilmirəm”.

İ.Quliyev ali təhsili olmadığı üçün iş tapa bilmədiyini, İcra Hakimiyyətinin ondan diplom tələb etdiyini deyib.

Xəbər 2756 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +