200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


05.09.2024  16:20 

“Yeni Çağ” 17 yaşını qeyd edir





A+  A-

Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 17 yaşı tamam olur.

Xəzərnews.az xəbər verir ki, hazırda “Yeni Çağ” Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

Yenicag.az Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yenilikləri eləcə də dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və xaricdə həyata keçirilən beynəlxalq media layihələrində yaxından iştirak edir. Belə ki, Avropa, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edən “Yeni Çağ” Media Qrupu 44 günlük Vətən müharibəsi zamanı informasiya savaşında bu əlaqələrindən geniş istifadə edib.

2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində əlavə versiyaları da fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən isə Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyət göstərir.

Bu gün “Yeni Çağ” Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) və Yenicag.tv domenləri daxildir.

Xəzərnews.az Yenicag.az kollektivini 17 illik yubileyi münasibətilə təbrik edir!

Xəbər 3859 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +