“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


29.07.2023  13:25 

“Nazir dedi ki, nədən qorxursan, hamısını ifşa edin”





A+  A-

"Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir”.

XəzərNews.az xəbər verir ki, bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında korpus komandiri general-leytenant Mais Bərxudarov həbsdə olan general-mayor Bəkir Orucovun onu ittiham etməsinə münasibətində deyib.

Qeyd edək ki, “Tərtər İşi” ilə bağlı məhkəmə prosesində mühakimə olunan general-mayor Bəkir Orucov korpus komandiri Mais Bərxudarovu ittiham edib.

O, məhkəməyə ifadəsində bildirib ki, işgəncələrin durdurulması üçün Mais Bərxudarova müraciət edib:

“Mən baş verənlərdən narahat idim. Tez-tez Mais Bərxudarova məruzə edirdim. Hər dəfə də baş verənlərdən narahatlığımı bildirirdim ki, bu məsələlər varsa, Hərbi Prokurorluq, yaxud da başqa qurumlar araşdırsın. Onun cavabı isə mənə mənfi olmuşdu. Mənə dedi ki, nazir Zakir Həsənov ona zəng vurub. Nazir Bərxudarovdan Hikmət Həsənovun korpusunda baş verənlərdən nümunə götürməsini istəyib. Mais Bərxudarov mənə “Nazir dedi ki, nədən qorxursan, Hikmət kimi işləyin, hamısını ifşa edin” , – deyə son və qəti sözünü bildirdi”.

Mais Bərxudarov isə açıqlamasında Azərbaycanın hüquqi dövlət olduğunu və hər şeyin qanunla həllini tapdığını deyib:

“Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq”.

Xəbər 1396 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +