“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


17.03.2023  12:09 

Bir gündə 4 yeni direktor təyin etdi





A+  A-

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrləri ilə TƏBİB-in tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

XəzərNews.az TƏBİB-ə istinadən xəbər verir ki, Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunublar.

Onların hər biri səhiyyə idarəetməsində uzun müddət təcrübəsi olan tanınmış mütəxəssislərdir.

Ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib.

Görüşdə TƏBİB-in İcraçı direktoru tibb müəssisələrində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması, icbari tibbi sığortadan yararlanan vətəndaşların məmnunluq dərəcəsinin artırılması, həmçinin xəstəxanalarda mövcud nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

V.Qurbanov tibb personalının əməyinin stimullaşdırılması, cəmiyyətdə həkim nüfuzunun yüksəldilməsi və həkim adına xələl gətirən halların aradan qaldırılması üçün ardıcıl işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.

Çıxış edən müəssisə rəhbərləri göstərilmiş etimada görə öz təşəkkürlərini bildirib, qarşıya qoyulan tapşırıqların qısa zaman ərzində icra ediləcəyini qeyd ediblər.

Xəbər 1432 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +