“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.05.2021  11:15 

Çexiyanın Moskvadakı səfirliyi 70-dən çox rusu işdən çıxardı





A+  A-

Çexiyanın Moskvadakı səfirliyi diplomatik nümayəndəliklərin bərabər əsaslarla azaldılması çərçivəsində 71 Rusiya vətəndaşını işdən çıxarıb.
XəzərNews.az xəbər verir ki, bu barədə mayın 25-də Çexiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Eva Davidova məlumat verib.

“Çexiyanın Moskvadakı Səfirliyində, Çex Evində və Çex Mərkəzində işə qəbul edilmiş Rusiya vətəndaşı olan 71 əməkdaş işdən çıxarılma barədə bildiriş alıb”,-deyə qeyd edən Davidova, mayın sonuna qədər daha 8 nəfərin işdən çıxarılacağını bildirib. Beləliklə, işdən çıxarılan işçilərin ümumi sayı 79 nəfərə çatacaq.

Rusiya tərəfinin qərarına uyğun olaraq Çexiya səfirliyində 19 Rusiya vətəndaşı çalışa biləcək.

Qeyd edək ki, Moskva ilə Praqa arasındakı münasibətlər Çex Respublikasının Rusiya xüsusi xidmət orqanlarını Vrbetitsadakı iki nəfərin ölümünə səbəb olan silah-sursat anbarındakı partlayışlarda iştirak etməkdə təqsirləndirməkdən sonra pisləşib.



Xəbər 1774 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +