“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.02.2020  13:05 

Daxili orqanında narkotik keçirmək istədi





A+  A-

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisinə daxili orqanlarında narkotik vasitə və psixatrop maddə gətirən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Seydəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Mirsəməd Əliyev Astara şəhəri ərazisində saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 2 bükümdə 5,5 qram çəkidə narkotik vasitə heroin, 3 bükümdə 34,7 qram psixatrop maddə metamfetamin və 64 ədəd “ekstazi” həblər aşkar edilərək götürülüb.

Aradşırmalarla M.Əliyevin sadalanan narkotik vasitə, psixatrop maddə və həbləri İran İslam Respublikasında satış məqsədilə əldə etdiyi və daxili orqanlarında gizli olaraq qaçaqmal yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Xəbər 1498 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +