“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


03.02.2020  17:20 

Sumqayıtda da sosial mənzillər TİKİLİR





A+  A-

Ölkə başçısının əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırığına uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) daha bir layihəsi Sumqayıt şəhərində reallaşdırılır.
MİDA-dan XəzərNews.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 0.76 ha torpaq sahəsi Agentliyin sərəncamına verilib:

“Layihəyə uyğun olaraq həmin torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisi həyata keçirilir. Bu binalarda ümumilkdə 144 mənzil olacaq. Onlardan 36-nın birotaqlı, 72-nin ikiotaqlı, 36-nın üçotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin ediləcək”.

MİDA-dan bildirilib ki, ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək:

“Ümumilikdə bütün işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur”.

Xəbər 1792 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +