“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


02.05.2018  10:57 

DİM dövlət qulluğuna qəbulla bağlı statistika AÇIQLADI





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbulla bağlı müsabiqənin 22.04.2018-ci il tarixində keçirilmiş test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş şəxslərin bitirdikləri ali təhsil müəssisələri və təhsil səviyyələri üzrə statistik məlumatları təqdim edir.
XəzərNews.az xəbər verir ki, DİM tərəfindən keçirilən imtahanda ümumilikdə 47 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər.

İmtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin 319 məzunundan 137 nəfər (42.9%), Bakı Dövlət Universitetinin 273 məzunundan 145 nəfər (53.1%) imtahandan uğurla keçib.

BDU-nun uğur əldə etmiş məzunlarından 34 nəfərinin, ADİU-nun uğur qazanan məzunlarından isə 66 nəfərinin magistr təhsili var.

İmtahanda Azərbaycan Turizm İnstitunun məzunlarının 73.3%-i müvəffəqiyyət əldə edib. Turizm İnstitunun 15 məzunundan 11 nəfər sertifikat almaq üçün tələb olunan balı toplayıb. Azərbaycan Dövlət Neft Akademiyası məzunlarının 56.1%-i, Bakı Dövlət Universitetinin məzunlarının 53.1%-i, Azərbaycan Dövlət Aqrar Universiteti məzunlarının 52.9%-i, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 50.9%-i, Sumqayıt Dövlət Universitetinin məzunlarının 50%-i imtahandan uğurla keçib.

Dövlət qulluğuna qəbul imtahanının test imtahanı mərhələsindən qeydiyyatdan keçmiş namizədlərdən 1059 nəfər yalnız bakalavr təhsillidir. Onlardan 457 nəfər uğur qazanıb. Magistr təhsili olan 431 nəfərdən isə 201 nəfər imtahanda uğur qazanıb.

10-dan az məzunu olan ali təhsil müəssisələrinin sayı 21-dir. Bu ali təhsil müəssiələrinin 104 məzunu imtahanda iştirak edib və onlardan yalnız 35 nəfər uğur qazanıb. Bu isə ümumilikdə imtahandan keçənlərin 5.3%-ni təşkil edir.

Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələrinin sayı isə 7-dir. Bu ali təhsil müəssisələrinin məzunlarından cəmi 12 nəfər (o cümlədən 5 nəfər Qafqaz Universiteti məzunu) imtahandan keçib.

Xəbər 1427 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +