Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


10.06.2020  14:46 

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb





A+  A-

2020-ci ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 899,6 mln. kVt·st, ixracı 21,7 mln. kVt·st, idxalı 17,5 mln. kVt·st olub.
Energetika Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 17,5 mln. kVt·st azalıb, ixracı 2,7 mln. kVt·st, idxal isə 8,6 mln. kVt·st artıb.

Cari ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,1 mln. kVt·st artaraq 10 796,5 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 200,8 mln. kVt·st artaraq 10 095,6 mln. kVt·st, SES-lərdə 150,5 mln. kVt·st azalaraq 549,0 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,7 mln. kVt·st artaraq 151,9 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 45,1 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 18,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 88,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2020-ci ilin 5 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 650,6 mln. kVts (İES-lərdə 9 186,2 mln. kVt·st, SES-lərdə 464,4 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 155,8 mln. kVt·st (İES-lərdə 65,2 mln. kVt·st, SES-lərdə 75,1 mln. kVt·st, Günəş ES-də 15,5 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 990,1 mln. kVt·st təşkil edib.

Bu dövr ərzində elektrik enerjisinin ixracı 522,3 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 113,7 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı isə 62,2 mln. kVt·st təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 mln. kVt·st artıb.



Xəbər 2099 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +