Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


07.09.2018  08:46 

Azərbaycanda sürücülər üçün istirahət yerləri qurulacaq - VİDEO





A+  A-

Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq.
XəzərNews.az-ın “Xəzər xəbər”ə istinadən məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

Qurumun sektor müdiri Nuridə Allahyarova deyir ki, “Beynəlxalq Nəqliyyat Forumu” keyfiyyət xartiyası müəyyən edib. Azərbaycan da həmin foruma üzv olduğu üçün gələn ildən etibarən qurumun standartlarına uyğun olaraq sürücülərin rahat istrahət etməsi üçün müəyyən yerlər yaradılacaq.

Yüklə yanaşı, sərnişindaşıma ilə məşğul olan sürücülər də həmin məkanlardan istifadə edə biləcəklər. Bunun üçün növbəti ildən etibarən həmin avtomobillərə taxoqraf cihazı quraşdırılacaq. Taxoqraf cihazı sürücülərin iş və fasilə rejmini müəyyən edəcək.

Qeyd edək ki, magistral yol kənarlarında olan istrahət məkanlarından ölkələrarası hərəkət edən əcnəbi sürücülər də istifadə edə biləcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbər 1934 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +