Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


29.05.2018  18:43 

Bakıda bu maşınlarla bağlı reyd başladı





A+  A-

Bakıda texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı reydlərə başlanılıb.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, avtomobillərin müəyyən hissəsinin ilin əvvəlindən mayın 1-ə qədər nəzərdə tutulan vaxt ərzində texniki baxışdan keçməməsi ciddi narazılıq doğurur: “Bu baxımdan bugündən etibarən yol polisi tərəfindən saxlanılan nəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi aşkarlanarsa, inzibati qaydada protokol tərtib ediləcək. Bir daha xatırladırıq, texniki baxışdan təyin edilmiş müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Avtomobillərin texniki baxışı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həyata keçirilir”.

V.Əsədov yük avtomobillərinə və avtobuslara da texniki baxışdan keçməyi tövsiyə edib: “Yük avtomobilləri və avtobuslar texniki baxışdan keçmək üçün təqdim edilməlidir. Texniki baxışın noyabr ayının 1-ə qədər keçirilməsi nəzərdə tutulur. Onlar da texniki baxışdan keçməni təmin etməlidirlər, əks halda qanunvericilikdə göstərilən tədbirlər həyata keçiriləcək”.

Xəbər 1629 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +