Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


19.04.2017  10:28 

Bu il Azərbaycanda 108 nəfər İİV-ə yoluxub





A+  A-

Bu ilin 3 ayı ərzində Azərbaycanda 108 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan XəzərNews.az-a verilən məlumata görə, onlardan 107-i (99%) Azərbaycan vətəndaşı, 1-i (1%) isə əcnəbidir.

Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 aprel 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6293 nəfər qeydiyyata götürülüb. Onlardan 6086-ı (96,7%) Azərbaycan vətəndaşı, 207-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4649-u (73,8%) kişi, 1644-ü (26,2%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6293 nəfərdən 2979-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi (İNİ) nəticəsində baş verib. Onlardan 2190 (74,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3653 nəfər təşkil edib. Onların da 1677 nəfəri İNİ olub. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 115 pasiyentdən 24 nəfərində İNİ aşkar edilib.


Xəbər 2246 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +