Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU


14.09.2018  16:23 

Dostları ilə atasını öldürən oğula hökm oxundu





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Elməddin Əliyev, Vəlican Dadaşov və Nəcməddin İsmayılova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Dadaşov 19 il, E.Əliyev 18 il, N.İsmayılov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E. Əliyev atası İbrahim Əliyevi aldadıb əmisi Azər Əliyevin Zirə qəsəbəsində yerləşən evinə gətirdib. Atasının cinsi azlıq üzvü olması və kişilərlə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu öyrənəndən sonra dostlarına onu öldürməyi sifariş verib. Vəlican həmin evin içində gizlənərək Elməddinin atasını gözləyib, Nəcməddinlə Elməddin isə evin kənarında dayanıblar. Vəlican evə daxil olan İbrahimi baltayla vurub, sonra isə bir neçə dəfə bıçaqlayıb. Onun öldüyünə əmin olduqdan sonra Pirallahıya gedib benzin alıb qayıdıblar. Nəcməddin öz evinə gedib, Elməddin isə Vəlicanla meyitin olduğu evə qayıdıb. Vəlican evə girərək maşın təkərlərini mərhum İbrahimin qıçlarına və bədənin digər yerlərinə keçirib, daha sonra üstünə benzin tökərək evlə birgə yandırıblar.

Məhkəmədə isə hər üçn şəxs özlərini təqsirli bilmədiklərini deyiblər. Elməddin atasını Vəlicanın öldürdüyünü, Vəlican isə Elməddinin öldürdüyünü deyib. Nəcməddin isə ümumiyyələt hadisə baş verən yerdə olmadığını, sadəcə sonradan İbrahim kişinin öldürüldüyünü bildiyini deyib.

Xəbər 1429 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +