“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


25.01.2022  10:51 

“ExpressBank“ 4.508 milyon manat məbləğində krediti geri qaytara bilmir - Səbəb?





A+  A-

"ExpressBank" müştərilərinə verdiyi 4.508 milyon manat məbləğində krediti 1 ildən çoxdur qaytara bilmir.

XəzərNews.az xəbər verir ki, bu barədə Index.az bankın açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Hesabatdan məlum olur ki, 1.820 milyon manat biznes krediti, 2.609 milyon manat istehlak kreditinin qaytarılmasında 1 ildən çoxdur problem yaşanır.

Bankın kredit portfeli 261.439 milyon manat təşkil edir. Bunun 139.987 milyon manatı biznes kreditlərinin payına, 89.515 milyon manatı istehlak kreditlərinin, 33.937 milyon manatı daşınmaz əmlakın payına düşür.

"Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.545 milyon manatdır. Bankın səhmlərinin 48.8%-i "Azenco Group"a, 21.6%-i "Enerqoservis" MMC-yə, 19.5%-i Hikmət Xammədova, 9.8%-i Hafiz Seyidova, 0.3%-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Xəbər 1883 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +