Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı


07.11.2017  14:56 

Deputatdan Hesablama Palatasına TƏKLİF





A+  A-

“Dövlət zəmanəti ilə verilən kreditlərin strukturuna baxmaq lazımdır. Çünki bir çox hallarda dövlət zəmanəti ilə ayrılan kreditlər təyinatı üzrə xərclənmir. Bu məsələdə pərakəndəlik aradan qaldırılmalı, şəffaflıq təmin olunmalıdır”.
XəzərNews.az-ın məlumatına görə, bunu 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Hesablama Palatası dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna ayrılan vəsaitin necə xərclənməsini yoxlamalıdır.
“Biz bank sistemində sağlamlaşmanı da görmürük. Kreditlər yenə də 30%-ə yaxın dərəcə ilə verilir, likvidlik və s. problemlər həllini tapmayıb. Amma yenə də faiz dərəcələri aşağı salınmır.

Banklar yenə də yüksək faizlərlə kredit verir…Axı, nəyə görə? “Bank Standard"ın bağlanması ilə 43 min insan problemlə üzləşib, insanlar vəsaitlərini geri ala bilmirlər. İnsanların vəsaitlərini alması üçün Əmanətlərin Sığortalanması Fonduna büdcədən 500 milyon manat ayrıldı.

Hesablama Palatasından xahiş edirəm ki, bu pulun necə xərclənməsini yoxlasınlar. Niyə insanların əmanətləri qaytarılmır? Gündə yüzlərlə şikayətlər alırıq".

Xəbər 1805 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +