İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


21.06.2022  16:01 

Vilayət Eyvazov açıq havada qəbul keçirdi - Şirvanda





A+  A-

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 21-də Şirvan Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

DİN-dən XəzərNews.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsinin inzibati binasında Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarından gələn 93 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Qəbula gələn vətəndaşlar onların ərizə və müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Bölgəyə səfəri çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında Şirvan şəhəri və ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.

Xidmətə qəbulun şərtlərinə uyğun gələn 95 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 18-i Vətən müharibəsi iştirakçısı, 1-i isə şəhid ailələrinin üzvləri olublar.

Sonra daxili işlər naziri, general-polkovnik V.Eyvazov qeyd olunan şəhər və rayonlarının polis rəisləri ilə əməliyyat müşavirəsi keçirərək onlardan bölgədə ictimai asayişin və təhlükəsizliyin daha da möhkəmləndirilməsini, vətəndaş müraciətlərinə obyektiv baxılmasını və qəbulu işinin düzgün təşkilini tələb edib.

Xəbər 2864 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +