İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


03.02.2018  15:09 

“YouTube Go” 130 ölkədə istifadəyə verildi





A+  A-

“Google” şirkətinə məxsus “YouTube” servisi 2016-cı ilin sentyabrında inkişaf etməkdə olan ölkələrin istifadəçiləri üçün nəzərdə tutulan və internet trafikinə qənaət məqsədilə kontent yükləməyə imkan verən “YouTube Go” mobil əlavəsini təqdim edib.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, əvvəlcə proqramdan yalnız Hindistan istifadəçiləri yararlana bilsələr də, hazırda Mərkəzi və Cənubi Amerika, Yaxın Şərq, Afrika və Asiyanın 130 ölkəsinin sakinləri onu yükləyərək “Android” sistemli smartfonlara quraşdırmaq imkanı əldə ediblər.

Məlumata görə, proqramın ümumilikdə adi “YouTube” əlavəsini xatırlatmasına baxmayaraq onun vasitəsilə istifadəçilər bəyəndikləri videoçarxları yükləyərək onları “Bluetooth” ilə dostlarla paylaşa bilərlər. Bundan başqa, video qurğunun yaddaşında saxlanılan zaman istifadəçi internet bağlantısının tipindən və smartfonun boş yaddaş tutumundan asılı olaraq yüksək və ya aşağı keyfiyyəti seçmək imkanına malik olacaq.

Qeyd edək ki, inkişaf etməkdə olan ölkələr üçün müxtəlif əlavələrin xüsusi versiyalarını digər şirkətlər də təqdim edir. Məsələn, 2016-cı ilin oktyabrında “Facebook” şirkəti eyniadlı messencerin sadələşdirilmiş versiyasını buraxıb, ötən ilin payızında isə istifadəçilər “Messenger Lite” adlı əlavədən yararlanmağa başlayıblar.

Xəbər 3028 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +