İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir


17.02.2023  17:20 

“Bəxtiyar Hacıyev hər an ölə bilər” - Vəkildən ÇAĞIRIŞ





A+  A-

Vəkil Elçin Sadıqov həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin vəziyyətinin pis olması ilə bağlı çağırış edib.

XəzərNews.az xəbər verir ki, onun sözlərinə görə, B. Hacıyev hər an ölə bilər:

“Bəxtiyar Hacıyevi hər an itirə bilərik. Bunun qarşısını almaq üçün onun yanına nəzarətçi qoyublar ki, Bəxtiyar huşunu itirən kimi rəhbərliyə məlumat versin. Amma, bu da onun ölümünün qarşını almaya bilər. Hər şey gec ola bilər. Nə qədər ki, gec deyil onu həbsdən azad etməyə çağırıram. Hüquq müdafiəçilərinə qarşı siyasi təqibləri dayandırın!”.

Qeyd edək ki, ictimai fəal dünəndən quru aclığa başlayıb.

B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun 15 kilo çəki itirdiyini, səhhətinin ağır durumda olduğunu bildirir. Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılan Hacıyev 3 gün öncə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
İctimai fəalın jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edildiyi deyilir. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə ittiham olunur.

Xəbər 1316 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +