Müştəriyə yersiz təklif edən taksi sürücüsü saxlanıldı
İcra başçısı qadın müavinini işdən çıxartdı
Qazilər dərmansız qalıb – TƏBİB sənədləşmə adı altında...
DİN vətəndaşlara xəbərdarlıq etdi
Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi


11.09.2023  16:21 

DYP-dən texniki baxış xəbərdarlığı





A+  A-

“Bütün sürücülər - hərəkət iştirakçıları idarə etdikləri avtomobillərin texniki saz vəziyyətdə olması üçün Azərbaycan Respublikası Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən məsuliyyət daşıyır və bu proses daim diqqətdə saxlanılmalıdır”.

XəzərNews.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, bu, “Yol Hərəkəti Haqqında Qanun”a uyğun olaraq sürücünün əsas məsuliyyəti və vəzifələrindən biridir:

“Texniki cəhətdən nasaz avtomobili idarə etdikdə sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən yəni nəqliyyat vasitəsinin istismar qaydalarını pozduğuna görə məsuliyyət daşıyır belə olduğu halda vəziyyəti qiymətləndirilməklə 50 manatdan 150 manatadək miqdarda cərimə nəzərdə tutulur.
Sürücülər onu da unutmamalıdırlar ki, yolda nasaz vəziyyətdə idarə olunan avtomobil ən azı bir zolaqda hərəkəti məhdudlaşdırdıqda ciddi sıxlığa bəzən isə tıxacada səbəb ola bilir.

Hər bir sürücü daha vacib və ciddi olan bir məqamı da unutmamalıdır ki, nasaz nəqliyyat vasitəsi ilə törədilmiş qəza cinayət hadisəsinə səbəb olubsa bu halda həmin şəxsin məsuliyyəti daha da dərinləşir. Nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə idarə etmək sürücünü sərnişinləri və ətrafdakı insanların həyat və sağlamlığını qorumaqla yanaşı şəxsi bütün hallarda məsuliyyətdən uzaqlaşdırır.

Beləliklə də digər hərəkət iştirakçılarının haqlı narazılığına və narahatlığına səbəb olmamaq üçün nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə saxlanılmalı və istismar edilməlidir. Bir daha sürücülərdən xahiş edirik ki, yeni dərs ilinin başlanılması və paytaxtda nəqliyyatın intensivliyinin artması ərəfəsində məsuliyyət nümayiş etdirərək avtomobillərinin texniki cəhətdən sazlığına diqqət yetirsinlər”.


Xəbər 2940 dəfə oxunub.




24.06.2025  12:19 

Məktəbli formaları dəyişəcək?

24.06.2025  11:42 

İsrail hava məkanını açdı

24.06.2025  10:37 

Tramp yalan danışır?

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”


BÜTÜN XƏBƏRLƏR +