İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


25.12.2022  20:25 

RUSİYA AZƏRBAYCANA GÜC GÖSTƏRİR?





A+  A-

Bu gün Xankəndi şəhərində təşkil olunan mitinq əslində Rusiyanın Azərbaycana güc nümayişi kimi qəbul edilməlidir.

Səslənən bəyanatlar, aksiyanın lideri deməyə əsas verir ki, Rusiya Azərbaycanın Laçın-Xankəndi yolunda keçirdiyi dinc aksiyanı özünə qarşı Azərbaycanın demarşı hesab edir və buna cavab verir. Əslində Rusiya Qarabağ ermənilərini bu məqsəd üçün istifadə edir.

Azərbaycan dərhal Rusiyaya nota verməli. Buna əsas kimi bu ilin fevralında imzalanmış müttəfiqlik bəyanatına istinad etməlidir. Rusiya vətəndaşlığndan çıxardılmış Ruben Vardanyanın Qarabağda separatçı hərəkata başçılıq etməsi birmənalı qiymətləndirilməli və Rusiyadan Azərbaycanın ərazi bütövlüyünə təhdid olan bu şəxsin dərhal zərərsizləşdirilməsi (həbsi və ən yüngül halda Qarabağdan çıxarılması) tələbi qoyulmalıdır.

Bununla yanaşı Azərbaycan Ruben Vardanyanla bağlı Beynəlxalq platformalarda (İnterpol və sairə) hüquqi təqib proseduru başlamalıdır. Azərbaycan Respublikası Baş Prokurorluğu separatizmə çağırış və dəstək ittihamları irəli sürməli və bununla bağlı əlaqədar beynəlxalq strukturlara müraciət etməlidir.

Rusiyaya qarşı yerli mətbuat orqanlarında ciddi mövqe ortaya qoyulmalı, Rusiyanın Azərbaycanda mövcud iqtisadi maraqlarını təmin edən strukturlarla bağlı təzyiq mexanizmləri müzakirəyə çıxarılmalıdır.
Rusiyadakı diaspora və səfirlik aktivləşdirilməlidir.

Asəf Quliyev

Xəbər 2644 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +