Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


19.09.2022  22:43 

“Mehriban Vəliyeva bütün Bakı məkəblərini bazara döndərib“ - Millət Vəkili





A+  A-

"Millət vəkilləri də daxil olmaqla cəmiyyətimizin bütün təbəqələri qazilərimizə diqqət və qayğı göstərməyə çalışır. Bu bizim mənəvi borcumuzdur. Ancaq 227 saylı tam orta məktəbin direktorunun Qazi qardaşımıza qarşı etdiyi ədəbsizliyə diqqət edin".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili, təhsil üzrə ekspert Etibar Əliyev çıxış edib.

E.Əliyev bildirib ki, Qazi polkovnik-leytenant Elşən Umarov övladını 227 saylı tam orta məktəbdə təhsil alması üçün müraciət edib:



"Direktor Sevinc Hüseynova "burada şou göstərmək lazım deyil" deyərək Qazi zabitə təhqiredici cavab verib, şagirdi məktəbə qeydiyyata almaqdan imtina edib. Mən dəfələrlə demişəm, indi də deyirəm Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, 5-ci kolonun görkəmli nümayəndəsi Məhəbbət Vəliyevanın sağ əli olan Mehriban Vəliyeva bütün Bakı məkəblərini bazara döndərib. İdarənin işi korrupsiya və rüşvət əlindən iflic vəziyyətə düşüb. Bu Mehriban Vəliyevanın da sağ əli olan Fuad Babayev direktor təyin etmək üzrə maklerdir. Qruplaşmaların təyin etdikləri direktorlar heç kimi, o cümlədən naziri də saymırlar. Bunu hamı bilir, Emin Əmrullayev bilmir?"

Millət vəkili maraqlı fakta da diqqət çəkib: "Məktəblərin dam örtükləri bərbad vəziyyətdə, əksər məktəblərin istilik sistemi bərbad vəziyyətdə, məktəblərin əksəriyyəti kompüter üzünə həsrət qaldığı bir vaxtda Mehriban Vəliyeva makler Fuad Babayevlə təyin etdirdikləri 30-40 direktorunu başlarına toplayıb Finlandiyaya turist səfərinə aparırlar. Dövlətin külli iqdarda vəsaitini göz görə-görə talayırlar. Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü kimi belə rəhbər işçilər barədə ölçü götürülməməsi məni təəccübləndirir".

Xəbər 5639 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +