İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


12.02.2021  15:09 

“Azərişıq” ödəmə terminalları haqda xəbərə aydınlıq gətirdi





A+  A-

“Azərişıq” ASC ödəniş zamanı ödəmə terminallarına əlavə pul keçirilməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Qurumdan XəzərNews.az-a daxil olan açıqlamanı təqdim edirik:

““Azərişıq” ASC istehlakçılara bildirir ki, istifadə edilən elektrik enerjisinin dəyəri Azərbaycan Respublikası Tarif (qiymət şurasının) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir ki, təqdim olunan bildiriş və hesab fakturalarda bu açıq-aydın göstərilməkdədir.

Təəsüf ki, bəzi media orqanları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” ASC adından təqdim etməklə abonentlər arasında çaşqınlıq yaradıb.

“Azərişıq” ASC tərəfindən istehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur.

Əhali istehlakçıları tərəfindən nəğd ödəmələrə görə aparılan əməliyyatların xərci isə “Azərişıq” ASC tərəfindən ödənilir. Yəni əhali abonentlərimizdən ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz.

Bir daha bildiririk ki, qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən ödəmə terminallarına nağd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq” ASC ilə heç bir əlaqəsi yoxdur. Əksər qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən istifadə etdikləri enerji haqlarına görə ödənişləri banklar vasitəsilə köçürmə yolu ilə aparılır, nağd ödənişlər zamanı isə ödəniş operatorları üzrə seçimi abonent özü müəyyən edir”.

Xatırladaq ki, “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Azərişıq” ödənişlərində qeyri-əhali müştərilərindən borcdan əlavə 1 AZN tutulacağını bildirmişdi: “Bu qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu, yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir”.

Xəbər 3469 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +