İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


02.07.2018  18:11 

Azərbaycan döyüş əməliyyatlarına başlaya bilər





A+  A-

Ermənistan tərəfi Azərbaycan ordusunun keçirdiyi təlimlərə görə panikaya düşüb.
XəzərNews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan bəyanatında bildirib.

O, həmçinin hər an başlaya biləcək müharibə təhlükəsindən danışaraq bunun olmaması üçün siyasi çıxış yollarının tapılmasının vacibliyini vurğulayıb.

“Azərbaycanın keçirdiyi təlimlərə görə panikaya düşməyə ehtiyac yoxdur. Öz siyasi həllini tapmayanadək hərbi əməliyyatların başlaması təhlükəsi hər zaman var. Bu təhlükənin reallaşmaması üçün siyasi həll yolunu tapmaq lazımdır” – deyə Davtyan ölkəsinin qorxduğunu belə ört-basdır etməyə çalışıb.

Davtyan Azərbaycanın keçirdiyi təlimlərə cavab olaraq Ermənistan tərəfinin öz müdafiə qabiliyyətini artırdığını diqqətə çatdırıb.

O, Azərbaycan tərəfinin döyüş əməliyyatlarını hər an başlaya biləcəyinə diqqət çəkib. Lakin burada da panikaya düşməməyin vacibliyini vurğulayıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.

Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Xəbər 2722 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +