Müştəriyə yersiz təklif edən taksi sürücüsü saxlanıldı
İcra başçısı qadın müavinini işdən çıxartdı
Qazilər dərmansız qalıb – TƏBİB sənədləşmə adı altında...
DİN vətəndaşlara xəbərdarlıq etdi
Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi


29.05.2018  09:48 

Ürəyimiz qəfil tutsa... - Problem





A+  A-

“Müasir dövrdə hər yaşda təngnəfəslik müşahidə olunur. Bəzən əhəmiyyət vermədiyimiz bu əlamət ürəkdə ciddi xəstəliyin fəsadı ola bilər. Təngnəfəslik ürəkdə dəlik (istər genetik, istərsə də sonradan yaranmış), ürək çatışmazlığı, həm də aritmiyalarla əlaqədar ola bilər”.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının kardioloq aritmoloqu İsmayıl Göyüşöv məlumat verib. 2014-2017-ci illərdə Türkiyədə özəl xəstəxanada, daha sonra Almaniyada işləyən həkim orada daha çox aritmiyası olan xəstələrin müalicəsi ilə məşğul olub. Onun sözlərinə görə, son vaxtlar ürək döyüntüsü yüksək olan, ürəkkeçməsi, ürək çatışmazlığı olan xəstələr müraciət edənlər arasında üstünlük təşkil edir: “Bizim şöbəyə daha çox ürək döyüntüsündən şikayətlə bağlı müraciət edirlər. Belə xəstələri ilk olaraq EKQ və xolter müayinəsindən keçiririk. İyirmi dörd saatlıq xolter müayinəsində hər hansı bir ritm pozğunluğu müşahidə olunarsa, onda elektrofizioloji çalışma prosesinə bənzər metoda əl atırıq. Bu zaman qasıqdan orqanizmə daxil olub müəyyən ocaqları aktivləşdirmək, müalicə etmək, yandırmaq və ya soyutmaq üsulu tətbiq olunur. Müasir tibdə bu, ən mütərəqqi metodlardan hesab olunur. Biz də klinikamızda bu metodun tətbiqinə yenicə başlamışıq. Qeyd edim ki, Azərbaycanda cəmi bir neçə tibbi mərkəzdə bu əməliyyatlar tətbiq olunur. Bu məqsədlə şöbəmizə müasir cihazlar alınıb. Eyni zamanda, ürək çatışmazlığı olan xəstələrə defüblatorun və ürək pillərinin qoyulması da mümkündür”.

İ.Göyüşov qeyd edib ki, ürək döyüntüsü çox olan xəstələr, bəzən psixoloqa müraciət edirlər, bir müddət psixoloji müalicələr alırlar. Lakin çox vaxt bunun təsiri olmur, çünki araşdırdıqda həmin şəxslərdə ritm pozğunluğu müşahidə olunur. Qısamüddətli əməliyyatla bu problemdən ömürlük qurtularlar. Xəstələrdə qulaqcıq aritmiyası əksər hallarda ürəkgetmə baş verməsi nəticəsində aşkarlanır. Qulaqcıq aritmiyalarına əhali arasında daha çox rast gəlinir. Onun müalicəsi də effektivdir.

Mədəcik aritmiyaları zamanı mədəcikdə müəyyən ocaqlar aktivləşir. Bu ocaqlar normaldan fərqli atışlara səbəb olur. Belə ocaqların sayı çoxaldıqca insanda bir neçə il sonra ürək çatışmazlığı yaranır. Onun qarşısını almaq vacibdir.

Aritmoloq məsləhət görür ki, xəstələr təngnəfəslik, ürəkdöyünmə, ürəkgetmə hallarında mütləq həkimə müraciət etsinlər. Belə ki, hər yaşda təngnəfəslik ürəkdə ciddi xəstəliyin fəsadından xəbər verə bilər. Bu simptomlar ürəkdə dəlik, ürək çatışmazlığı, həmçinin aritmiyanın olduğuna dəlalət edə bilər. Yəni adi streslə, bir idman hərəkəti nəticəsində insanda nəfəs darlığı yaranarsa, deməli, həkim müayinəsindən keçmək lazımdır. İnfarktla aritmiyanın əlaqəsinə gəlincə, qeyd edilməlidir ki, birinci ikincinin səbəbi olur. İnfarkt sahəsində ölü toxumalar yaranır. Ölü toxumalarla normal toxumalar arasında potensiallar fərqi müxtəlif ciddi aritmiyalara gətirib çıxarır.

Xəbər 3098 dəfə oxunub.




24.06.2025  12:19 

Məktəbli formaları dəyişəcək?

24.06.2025  11:42 

İsrail hava məkanını açdı

24.06.2025  10:37 

Tramp yalan danışır?

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”


BÜTÜN XƏBƏRLƏR +