İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


28.03.2018  10:06 

Müəllif başqası olsa da, Cavid Qurbanovun adı yazıldı - VİDEO





A+  A-

Əməkdar artist Babək Niftəliyevin oxuduğu "Sənsiz keçən günlər" adlı mahnıyla bağlı maraqlı məqam ortaya çıxıb.
XəzərNews.az ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə "Space" telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişində müzakirəyə çıxarılmış mahnının sözlərinin müəllifi, əslində, Anar adlı şairdir.

Anar imzası ilə yazan şair efirdə bildirib ki, hətta sözügedən şeir onun bir neçə il öncə çap etdirdiyi kitabında da yer alıb.

Məlum olub ki, tanınmış skripka ifaçısı Maestro Ceyhun mahnını şairin sözlərinə bəstələyib. Lakin mahnı hazır olandan sonra söz müəllifi kimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun (Klipin titrlərində Cavid kimi göstərilib) adı yazılıb.

İddia edilir ki, Babək Niftəliyevin ifa etdiyi mahnının klipinə maliyyə dəstəyini də C.Qurbanov verib. Bir neçə gün öncə B.Niftəliyev "Onda başladıq" verilişində baş verənlərdən xəbərsiz olduğunu bildirmişdi.

Maestro Ceyhun isə iddialara münasibət bildirmək istəməyib. Cavid Qurbanov da mövzu ilə bağlı danışmayıb.


Xəbər 3862 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +