Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


15.05.2017  14:57 

Deputatdan yol polisinə ETİRAZ: “Məgər onlar xanım deyil?..”





A+  A-

Modern.az saytı Azərbaycanda qadın yol polisləri ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin fikirlərini bölüşüb.
Kamran Əliyev açıqlamasında bildirib ki, yol-patrul xidməti kifayət qədər çətin olduğu üçün xanımların bu sahədə çalışmasını rəva bilmirlər.

Deputat Tahir Kərimli isə Kamran Əliyevin fikirləri ilə razı olmadığını bildirib:

“Qadın yol polisləri barədə təklifə fikirlərinə hörmət etdiyim Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev mənfi cavab verib. Mən Kamran müəllimin fikirləri ilə razı deyiləm. Xarici dövlətlərdə, nəinki Avropa, Rusiya, Amerika, hətta Suriya, İran, Türkiyədə qadınların yol polis xidmətində fəaliyyət göstərdiyinin şahidi olmuşam. Bu sahə Azərbaycanda çətin, digər ölkələrdə asan ola bilməz.
Digər tərəfdən, mən qeyd etməmişəm ki, yol-patrul xidmət sahəsində çalışan xanımlarımız mütləq yol kənarında dayansın. Onlar ofis şəraitində də işləyə bilərlər. Eyni zamanda, hörmətli Kamran müəllim bildirib ki, qadınlar saatlarla yol kənarında durub 40 dərəcə isti və ya şaxtada işləmək, dəm qazı udmaq məcburiyyətində qala bilərlə. Bununla da heç cür razı ola bilmirəm. Çünki bizim minlərlə xadimə, fəhlə qadınlarımız var. Elə yol qırağında xadiməlik, fəhləlik edirlər. Həmin qadınlar süpürürlər, toz udurlar, şaxtada-qarda, yəni ağır iş şəraitində fəaliyyət göstərirlər. Onlar da dəm qazı udmaq məcburiyyətində qalırlar. Məgər onlar xanım deyil?...
Əksinə, qadın yol polislərinin olması çox böyük səliqə-səhman, mənəvi rahatlıq yaradar. Eyni zamanda, auranı dəyişə bilər. Hətta bir sıra neqativ halların da qarşısını almaq mümkün olar. Qadınların yol-patrul xidmətində fəaliyyəti Azərbaycana müsbət imic qazandırar. Ona görə də mən fikrimin üstündə dururam və hesab edirəm ki, polis sisteminə, onun cəza müəssisələrinə, bütün polis xidməti sahələrinə, o cümlədən yol polisliyi xidmətinə qadınlar cəlb olunmalıdır. Dediyim kimi təbliğat aparmaq lazımdır. Təklif edirəm ki, dövlət səviyyəsində buna təşəbbüslər göstərilsin”.

Xəbər 3117 dəfə oxunub.




16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +