“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


20.02.2024  10:34 

Polisin “saxla“ əmrinə tabe olmayan sürücü həbs edildi





A+  A-

Ağstafada yol hərəkəti qaydalarını pozduğu üçün polisin "saxla” işarəsinə məhəl qoymayan sürücü həbs edilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün "saxla” əmri verilib. Lakin sürücü polis əməkdaşının qanunu tələbinə tabe olmayaraq hərəkətini davam etdirib və rayon ərazisində təhlükəli manevrlər edib.

Keçirilən müvafiq tədbirlər nəticəsində sürücü saxlanılıb. Başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanı altında avtomobil idarə edən sürücü-Daşkəsən rayon sakini Altun Səməndov barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücülük hüququ və müvafiq etibarnaməsi olmadan avtomobil idarə edən A. Səməndov 30 gün müddətinə inzibati qaydada həbs edilib.


Xəbər 1046 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +