Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


30.01.2024  17:32 

Astanada 5-ci Ümumdünya Köçəri Oyunları keçiriləcək





A+  A-

2024-cü il sentyabrın 8-dən 14-dək Astanada 5-ci Ümumdünya Köçəri Oyunları keçiriləcək.

Yarışlarda 100-dən çox ölkədən 4 minə yaxın iştirakçı iştirak edəcək. İdman yarışlarını və mədəni tədbirləri 100 mindən çox turistin ziyarət edəcəyi gözlənilir.

Xəzərnews.az Qazaxıstanın ölkəmizdəki Səfirliyinə istinadən xəbər verir ki, Köçəri oyunları proqramı çərçivəsində 20 yarış və 10 nümayiş idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Bunlara at yarışı, milli döyüş sənəti, ənənəvi intellektual oyunlar, oxatma, xalq oyunları, həmçinin etnik idman növləri üzrə nümayiş etdirilən tamaşalar daxildir.
Köçəri Oyunlarının açılış mərasiminin Astana-Arena stadionunda, bağlanış mərasiminin isə Astanadakı “Kazanat” İppodromunda keçirilməsi planlaşdırılır.
“Kazanat” İppodromunun ərazisində etno-aul “Köçərilər Kainatı” açılacaq, burada hər bir ziyarətçi köçərilərin orijinal mədəniyyəti və adət-ənənələri ilə tanış ola biləcək. Etno-aulda Qazaxıstanın və dünyanın ən yaxşı sənətkarları tərəfindən sərgilər və ustad dərsləri təşkil olunacaq. Hər gün 30 minə qədər paytaxt sakini və qonağı etno-aulu ziyarət edə biləcək.
Astanada 5-ci Ümumdünya Köçəri Oyunları «ҰЛЫ ДАЛА ДҮБІРІ» – “Böyük Çölün Səsi” devizi altında keçiriləcək.


Xəbər 2768 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +