Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


30.03.2021  13:22 

İstanbul və İzmirə reyslərin sayı artırılır





A+  A-

Aprel ayından etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Bakıdan İstanbul və İzmir şəhərlərinə yerinə yetirdiyi xüsusi reyslərin sayını tədricən artırmağı planlaşdırır.
XəzərNews.az xəbər verir ki, aşağıbüdcəli aviaşirkətin Türkiyənin qeyd edilən iki şəhərinə uçuşlarının artması sərnişinlərə həmin marşrutlar üzrə biletləri rəqabətədavamlı və münasib qiymətə əldə etmək imkanı yaradacaq. Bakıdan İzmirə və geri reyslərin sayı həftədə üç dəfədən dörd dəfəyədək artırılacaq. Aprel ayının 20-dən etibarən isə Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar hər gün yerinə yetiriləcək.

Reyslər "Buta Airways" tərəfindən Türkiyənin Adnan Menderes (İzmir) və Sabiha Gökçen (İstanbul) hava limanlarına yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Qeyd edilən reyslərə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

Xəbər 3270 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +