Tanınmış həkimə cinayət işi açıldı
Diqqət: Bəzi avtomobillərin kilometrajı geri çəkilir
Kobud şəkildə qayda pozan sürücü kameraya düşdü
“Azərenerji”nin 300 milyonluq borcu niyə yaranıb?
“Taxta bazarı“ adlanan ərazidə yanğın olub
Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu


03.12.2018  09:05 

Azərbaycanda maraqlı ixtira





A+  A-

Azərbaycan Texniki Universitetinin (ATU) yaradıcılıq laboratoriyasında sahibi evdə olmayarkən boş qalan mənzildə yaşayış təəssüratı yaradan cihaz istehsal edilib.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə universitetin müəllimi Rəhim Əliyev deyib. Belə cihazın ölkədə ilk dəfə istehsal olunduğunu deyən R.Əliyevin sözlərinə görə, proqramlaşdırılan taymer hərbi sahədən məişətə qədər bütün sahələrdə istifadə edilə bilər:

"Bu cihaz proqramlaşdırılmış sistemlə işləyir. Məsələn, əgər siz evdə deyilsinizsə və müəyyən müddətə səfərə getmisinizsə, arxayın olmaq üçün evdə bu cihazı qoşa bilərsiniz. Cihaz işığı yandırıb, söndürəcək, jalyüzü açıb, bağlayacaq, səs-küy salacaq və nəticədə də belə bir təəssürat yaranacaq ki, evdə kimsə var".

Belə cihazların Azərbaycanda istehsalını təklif edən R.Əliyev onu da əlavə edib ki, ATU-nun yaradıcılıq laboratoriyasında istifadəsiz qalan maşınların akkumulyatorunun sönməməsi üçün istifadə edilən cihaz da istehsal edilib.

Mütəxəssisin sözlərinə görə, stabil gərginlik və yaxud cərəyan mənbəyi olan cihaz istifadəsiz qalan maşınların akkumulyatorlarının sönməsinə imkan vermir: "Maşın işə salınmasa, onun akkumulyatoru sıradan çıxır və maşın hərəkət edə bilmir. Bu cihaz akkumulyatora qoşulduqda isə o, həmişə işlək vəziyyətdə olur. Bu halda akkumulyatorun sönməməsi üçün maşının ara-sıra sürülməsinə də ehtiyac olmur. Hesab edirəm ki, belə bir cihaz avtomobili olan hər bir şəxsə lazımdır".

R.Əliyev qeyd edib ki, stabil gərginlik cihazı maşının akkumulyatoruna qoşulu qalaraq daim işləyə bilər. Alim hesab edir ki, Azərbaycan bu layihələri sənayeləşdirə və ölkədə həmin cihazların kütləvi istehsalına nail ola bilər.

Xəbər 3128 dəfə oxunub.




13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +