200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


16.03.2021  14:22 

“Bandotdel” 15 kq heroin daşıyanı həbs etdi - Video





A+  A-

“Bandotdel” maşınında 16 kiloqramdan artıq narkotik daşıyan şəxsi saxlayıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş Sənan Zülfüqarov saxlanılıb.

Onun üzərinə baxış zamanı 6 qram narkotik vasitə marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Sənan Zülfüqarovun idarə etdiyi avtomobildən əlavə 15 kiloqram heroin, 1 kiloqram 164 qram marixuana və 30 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Sənan Zülfüqarov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbər 1638 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +