200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


20.04.2018  21:18 

58 yaşlı qadını işgəncə ilə öldürənə 18 il cəza





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
XəzərNews.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəməinin hökmü ilə o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci il noyabrın 9-da 58 yaşlı Həsənova Nuridə Bəhram qızının üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan meyitinin yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkar olunub. Mənzilə daxil olan F.Nəsibli əvvəlcə kəsici-deşici alətlərlə Nuridə Həsənovanın müxtəlif nahiyyələrinə zərbələr vurmaqla ona xüsusi işgəncə verib. Daha sonra isə başını kəsib.
Qadının meyitini həyat yoldaşı aşkar edib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Cinayətin Sumqayıt şəhər sakini Nəsibli Firuz Şadət oğlu tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində törədilməsində əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, qətlə yetirilən N.Həsənova Sumqayıtda Mənzil İstismar Sahəsində (JEK) işləyib.

Xəbər 1621 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +